İQLIMIN MÜASIR ISTILƏŞMƏSI
Müasir dövrdə iqlim şəraitinin dəyişməsi. XIX əsrin so-nundan başlayaraq havanın plane-tar miqyasda istiləşməsi müşahidə olunur. Qısamüddətli soyuqlaş-madan sonra 1960-cı illərdən başlayaraq istiləşmə başlayır. İstiləşmə Arktikadan başlamış, sonra isə planetar xarakter almış-dır. İstiləşmə ən çox qışda nəzərə çarpır, yayda isə nisbətən az hiss olunur. M.Budı-koya görə istiləşmə Günəşin düz düşən radiasiyasının artması ilə bağlıdır ki, bu atmosferin ümumi sirkulyasi-yasının dəyişməsinə səbəb olur.